May
2020
20:57
376
24
8052
Virtual karabakh

Ramazan ayının 12-ci gününün imsak və iftar vaxtları

5 May, 2020
20:57
8052

Ramazan ayının 12-ci gününün imsak və iftar vaxtları

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Ramazan ayının 12-ci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 6-da imsak vaxtı saat 03:52-də, iftar vaxtı isə 19:56-dadir. 

12-ci günün imsak vaxtının duasını təqdim edirik:

Duanın oxunuşu: “Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin”.

Tərcüməsi: “İlahi, bu gün günahlarımı gizlətmək və iffət bağışlamaqla məni zinətləndir. Bu gün mənə qənaət və kifayətcillik libasını geyindir. Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi!”

İftar duası:

Duanın oxunuşu: “Allahummə la təxzulni fihi li-təərrüzi mə-siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin!”

Tərcüməsi: “İlahi, bu gün sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzusunun müntəhası!”

Allah orucunuzu qəbul etsin!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri